Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Rənglər: Bənövşəyi

Bənövşəyi və ya yasəmən rəngi insan gözünün qəbul edə biləcəyi ən qısa dalğa uzunluğuna malik monoxromatik şüalanmaya uyğun gələn rəngdir. Bənövşəyi rəngi əldə etmək üçün qırmızı və mavi tonları qarışdırmaq lazımdır.
Maraqlı faktlar:
Orta əsrlərdə Avropada kral və ya kral ailəsinin üzvü öləndə saray əyanları yas əlaməti olaraq bənövşəyi rəng geyinirdilər.
Bənövşəyi rəng Roma hakimləri, Bizans İmperiyası və Müqəddəs Roma İmperiyası hökmdarları, daha sonra isə Roma Katolik yepiskopları tərəfindən geyilən imperiya rənginə çevrilmişdi.
Çin rəssamlığında bənövşəyi rəng kainatın harmoniyasını təmsil edir, çünki o, qırmızı və mavinin (müvafiq olaraq Yan və İn) birləşməsidir.

Oxunub: 1841

Əlavə olunub: 25.11.2022 09:05

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz