Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Rənglər: Göy

Göy rəng ən mürəkkəb, çox qatlı çalarlardan biridir. Qədim yunanların ondan çox istifadə etmədiyi güman edilir, lakin misirlilər bu rəngi sevirdilər.
Göy rəng Renessans dövründə əsas rənglərdən birinə çevrilmişdir. Boyaları qarışdırarkən göy rəngin vasitəsilə bənövşəyi, yasəmən, hətta çəhrayı rənglər əldə edilə bilər.
Maraqlı faktlar:
Göy sevimli və üstünlük verilən rəng kimi ən çox seçilən rənglərdən biridir. Müasir dövrdə göy rəng hərbi forma və sadəcə kişi kostyumu üçün rəng seçimində adi hala çevrilmişdir.
Harmoniya simvolu olaraq, göy rəng Birləşmiş Millətlər Təşkilatının və Avropa İttifaqının bayrağının rəngi seçilib.
Ən böyük sosial şəbəkələr Facebook, Twitter, Linkedin, VK, LiveJournal, Tumblr, Foursquare və başqaları dizayn üçün göy rəngi seçirlər. Bu da zəkanın, etibarın və ünsiyyətin rəngidir.

Oxunub: 95

Əlavə olunub: 19.11.2022 19:15

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz