Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Rənglər: Qara

Qara rəng obyektdən işıq axınının olmaması, işığın udulması deməkdir. O, aхromatik, yəni ağ və boz kimi rəngsizdir. Qara rəngin çalarları boz adlanır.
Əsrlər boyu qara rəngə münasibət kəskin şəkildə dəyişmişdir: şeytanın rəngindən ən dəbli rəngə, etiraz rəngindən ən adi rəngə qədər düşüncələr fərqli olmuşdur.
Bir tərəfdən, qara mənfi rəngdir, çünki insanların qorxduğu qaranlıqla əlaqələndirilir. Digər tərəfdən, bu məhsuldarlıq mənasını verən torpağın rəngidir.
Maraqlı faktlar:
Yapon mədəniyyətində peşəkarlığı, gəncliyi simvolizə edən ağ rəngdən fərqli olaraq, qara rəng yaş və təcrübə simvoludur. Qara rəng bir çox döyüş sənətində ən yüksək rütbəni simvolizə edir (qara kəmər).
Psixoloqlar ağ rəngi qaranın ideal yoldaşı adlandırırlar. Qara rəngdə mənfi olan hər şeyi boğan ağdır. Təəccüblü deyil ki, dünyanın aparıcı brendləri öz loqolarında bu kombinasiyanı seçiblər.
Qədim yunan rəssamları arasında qara rəng çox məşhur idi. Qədim Romada isə qaraya münasibət olduqca mənfi idi. Eyni zamanda qara rəng kasıbların rəngi hesab olunurdu.

Oxunub: 3405

Əlavə olunub: 01.12.2022 11:33

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz