Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Rənglər: Sarı

Sarı rəng - qırmızı və mavi ilə birlikdə əsas rənglərin üçüncüsü, ən açıq, parlaq və ən qədim rənglərdən biridir. Onun 17000 ildən çox tarixi var. O, “oxra” gil qayalarından əldə edilir. Buna görə də tez-tez qayaüstü rəsmlərdə və sonrakı incəsənət nümunələrində bu rəngə rast gələ bilərik.
Hər bir əsas rəng kimi, sarı da bir çox ziddiyyətli keyfiyyətlərə malikdir. Sarı günəşin, qızılın simvolu, Yunanıstanda Apollonun, Çində isə imperatorun rəngidir.
Maraqlı faktlar:
Sarı rəssam Van Qoqun sevimli rəngi idi. Onun kətanlarında sarının bütün qammaları var idi.
Nasist Almaniyasında və almanların işğalı altında olan ölkələrdəki yəhudilərdən geyimlərinə sarı parçadan “Davud ulduzu” adlanan üçbucaq tikmələri tələb olunurdu.

Oxunub: 558

Əlavə olunub: 09.11.2022 17:02

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz