Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Şah Sultan Hüseyn” məscidi ətrafında iməcilik

21 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Abadlıq Xidmətinin iştirakı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilati dəstəyi ilə Abşeron rayonu Novxanı kəndində “Şah Sultan Hüseyn” məscidi ətrafında iməcilik işləri keçirilmişdir.
Tədbir zamanı Azərbaycanın maddi mədəni irs nümunələri ilə zəngin olduğu, onlara maraq və diqqətin cəlb edilməsinin vacibliyi nəzərə alınaraq, XVII əsr memarlıq abidəsi sayılan Şah Sultan Hüseyn adlı şəxs tərəfindən tikilən məscidin ərazisində Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəylinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin, sözügedən qurumların əməkdaşlarının, həmçinin mədəniyyət könüllülərinin iştirakıyla təmizlik və abadlıq işləri aparılmışdır. Qeyd edək ki, iməcilik işlərinə ağır texnikası da cəlb olunmuşdur.
Tarixi abidlərin qorunması, ətraf-mühitin mühafizəsi, yaşıllıq zonalarının təmizlənib genişləndirilməsi, ekoloji tarazlığın bərpası, eləcə də vətənaşlarımızın mədəni irs nümunələrinə diqqətinin daha da artırılması məqsədi daşıyan aksiyanın davamlı təşkil olunması nəzərdə tutulur.

Oxunub: 382

Əlavə olunub: 21.10.2022 16:50

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz