Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Salyan şəhərində ustad dərslər

Salyan şəhərində uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin xor dirijorluğu və musiqi nəzəriyyəsi müəllimləri üçün
ustad dərslər keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi cari ilin 3-7 oktyabr tarixlərində Salyan şəhərində Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin xor dirijorluğu və musiqi nəzəriyyəsi müəllimləri üçün ustad dərslər həyata keçirilmiş və sahə üzrə müvafiq metodiki dəstək göstərilmişdir.
Ustad dərslər musiqi nəzəriyyəsi ixtisası üzrə Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbinin direktoru Nəzifə Arif qızı Əliyeva və xor dirijorluğu ixtisası üzrə Bakı şəhər C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim Məhin Əli qızı Orucova tərəfindən aparılmışdır. UMİM-lərin xor dirijorluğu və musiqi nəzəriyyəsi müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində musiqi nəzəriyyəsi ixtisasına aid elementar nəzəriyyə, ladlar, Azərbaycan xalq musiqisinin əsasları, tonika və üçsəslilər, xor dirijorluğu ixtisası üzrə səslənmə diapazonu, intervallar, soprano, liqa, həmçinin kiçik və böyük xorlar haqqında ətraflı məlumat verilmişdir.
Dərslərin sonunda diskussiya xarakterli fikir mübadiləsi aparılmış, müəllimləri narahat edən məsələlər müzakirə edilmiş, suallar cavablandırılmışdır.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi sahə üzrə müvafiq metodiki dəstəyin göstərilməsi çərçivəsində müxtəlif səpkili tədbirləri davam etdirəcəkdir.

Oxunub: 287

Əlavə olunub: 10.10.2022 13:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz