Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şəkidə mədəniyyət işçilərilə görüş və iməcilik

Cari ilin 20 dekabr tarixində Şəki rayonu ərazisindəki mədəni irs nümunələrinə dair təbliğat xarakterli promo məhsulların hazırlanması, təqdimatı məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığında gənc mədəniyyət işçiləri ilə görüş, həmçinin Şəki hamamı ətrafında iməcilik aksiyası keçirilmişdir.
Azərbaycan tarixi və mədəniyyətinin geniş mənada təbliği məqsədilə tərəfimizdən internet resursları üçün çeşidli paylaşımlar hazırlanır və ictimaiyyətə təqdim edilir. Sözügüdən rəqəmsal promo məhsullar mədəni irsimizin müxtəlif istiqamətlərini əhatə etməkdədir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirlinin iştirakı ilə gerçəkləşmiş görüş zamanı mədəniyyət sahəsində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə fəaliyyətin zəruriliyi barədə məlumat verilmişdir. Eyni zamanda rayonun gənc mədəniyyət işçiləri üçün tərəfimizdən hazırlanmış promo məhsulların təqdimatı və narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində videoçarxın nümayişi, həmçinin müxtəlif mövzular ətrafında interaktiv müzakirələr aparılıb. “Bir abidə, bir könüllü” layihəsi çərçivəsində hazırlanmış videoçarxlar xüsusilə gənclərin diqqətini cəlb etmişdir.
Bundan sonra Şəki hamamı ətrafında iməcilik aksiyası keçirilmişdir. Aksiyanın məqsədi insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, habelə mədəni irsimizi təbliğ etməkdir. Çoxəsrlik tarixə malik abidələrimizin mühafizəsi, araşdırılması və gələcək nəsillərə ötürülməsi işinin olduqca vacib olduğunu nəzərə alaraq, belə aksiyalar vətəndaş məsuliyyətinin daha da artmasına xidmət edir. Qeyd edək ki, iməcilik və aksiyasıyada rayonun rəsmiləri, sakinləri və gəncləri fəallıqla iştirak etmişdir.

Oxunub: 516

Əlavə olunub: 23.12.2022 14:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz