Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şəkidə tədbirlər davam edir

Azərbaycan mədəniyyətinin geniş mənada təbliği məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən çeşidli paylaşımlar hazırlanır və İnternet resursları üzərindən geniş ictimaiyyətə təqdim edilir.
Tərəfimizdən hazırlanan rəqəmsal promo məhsullar mədəni irsimizin fərqli istiqamətlərini əhatə etməkdədir.
Beləliklə, 17-20 oktyabr 2022-ci il tarixində Şəki şəhərində bir neçə sənət növünün, o cümlədən papaqçılıq sənətinin tanışlıq məqsədilə papaqların, “Azəripək” şirkətinin dəstəyi ilə kəlağayının hazırlanmasının, həmçinin Bəxtiyar Vahabzadənin ev muzeyinin video-çəkilişi aparılmışdır. Bu layihənin əsas məqsədi unudulmaqda olan mədəni irs nümunələrimizə geniş kütlənin marağının cəlb edilməsidir. Müasir dünyada sosial şəbəkələrin təbliğat nöqteyi-nəzərindən olduqca önəmli platforma olduğunu nəzərə alaraq, mədəni irs nümunələrinin təbliğinə dair materiallar Mərkəz tərəfindən Azərbaycan dili ilə yanaşı, ingilis dilində də hazırlanır.
Qeyd edək ki, bu günə qədər mədəni irsimizin təbliği məqsədilə Xızı rayonundan, İçəri Şəhərdən, II Milli Yaylaq Festivalından, Gəncə şəhərindən, Quba, Qusar, İsmayıllı, Qəbələ rayonlarından, habelə qeyri-maddi mədəni irs nümunələrinə dair materiallar Mərkəz tərəfindən hazırlanmış və bir hissəsi İnternet resursları vasitəsilə paylaşılmışdır.
Eyni zamanda, Mərkəzinin həyata keçirdiyi "TUT" (Tanıyaq, Unutmayaq, Tanıdaq) layihəsi çərçivəsində müxtəlif sənətkarlıq nümunələrinə gənclərin marağını cəlb etmək, habelə təbliğ edilməsi məqsədilə qədim ənənələrə malik və orta əsr Təbriz sənətkarları arasında məşhur Ebru sənət növünə dair ustad dərsi keçirilib. Ustad dərsi Ebru sənəti üzrə ən qabaqcıl sənətkarlardan biri olan Sevinc Əliyeva aparmışdır. Tədbirdə qeyd olundu ki, ənələrimizi ebru kimi qədim sənətlərin bərpası qorunub daha da geniş inkişaf olunacaqdır.

Oxunub: 334

Əlavə olunub: 25.10.2022 10:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz