Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şəmkirdə gənclərlə görüş və iməcilik

8 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Şəmkir şəhəri Tarix-Diyarşünaslıq Muzeyində gənc mədəniyyət işçiləri ilə görüş keçirilmişdir. Görüş zamanı mədəniyyət sahəsində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə fəaliyyətin zəruriliyi barədə məlumat verilmişdir.
Həmçinin, gənclər Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təbliğat xarakterli promo məhsulları ilə tanış olmuşlar. “Bir abidə, bir könüllü” layihəsi çərçivəsində hazırlanmış videoçarxlar xüsusilə gənclərin diqqətini cəlb etmişdir. Layihə çərçivəsində zəngin mədəni tariximizi təcəssüm etdirən müxtəlif türbə, məbəd, hamam və s. tikililər barədə maarifləndirici videomateriallar tarixi faktları ehtiva edən məlumatları əks etdirilmişdir.
9 dekabr tarixində isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Şəmkir rayonu “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində iməclik keçirilmişdir.
Aksiyada Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak ediblər.
Erkən orta əsrlərdə artıq mövcud olduğu ehtimal edilən “Qədim Şəmkir şəhəri” abidəsinin ətrafı məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işləri görülüb. Aksiya iştirakçıları daha sonra “Qədim Şəmkir şəhəri” abidəsinə baxış keçiriblər, aparılmış arxeoloji qazıntıların nəticələri ilə tanış olublar.

Oxunub: 354

Əlavə olunub: 12.12.2022 14:33

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz