Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şəmkirdə ustad dərsləri təşkil edilib

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı çərçivəsində ustad dərsləri təşkil edilib.
 
Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı çərçivəsində Şəmkir rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə layihəsi formatında ustad dərsləri təşkil edilmişdir.
 
Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən ustad dərsləri Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru, dosent Səbinə Mehdiyeva tərəfindən aparılmışdır. Açıq dərsdə fortepiano ixtisası müasir metodik yanaşma və yeni tədris üsullarının təbiqi məsələlərinə diqqət yetirilmişdir. Əsasən interaktiv formada keçirilən açıq dərsin yekununda səsələndirilən suallar mütəxəssis tərəfindən cavablandırılmışdır.

Oxunub: 446

Əlavə olunub: 13.05.2022 10:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz