Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Seyid Əzim Şirvaninin doğum günü (1835-1888)

9 iyul 1835-ci il tarixində Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin doğum günü (1835-1888). Kiçik yaşlarında atasını itirən şair 10 il ana babasının himayəsi altında Dağıstanda Yaqsay kəndində yaşayıb. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada köhnə mollaxanaların ruhunu dəyişib dünyəvi təhsil verən yeni üsul məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Seyid Əzim realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olub.

Oxunub: 978

Əlavə olunub: 09.07.2020 02:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz