Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Siyəzəndə iməcilik işləri aparılıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi regionlarda maarifləndirici, intellektual və digər müxtəlif yönümlü layihələr həyata keçirməyə davam edir.
Beləliklə, cari ilin 25 oktyabr tarixində “Su ovdanı” tarixi abidəsi ətrafında könüllülərin iştirakı ilə iməcilik işləri aparılmışdır. Məqsəd insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, habelə mədəni irsimizi təbliğ etməkdir. Ölkə ərazisində çoxəsrlik tarixə malik abidələrimizin mühafizəsi, araşdırılması və gələcək nəsillərə ötürülməsi işinin olduqca vacib olduğunu nəzərə alaraq, sözügedən iməcilik, eyni zamanda, vətəndaş məsuliyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir. Qeyd edək ki, iməcilikdə Siyəzən rayon sakinləri də fəallıqla iştirak etmişdir.

Oxunub: 351

Əlavə olunub: 27.10.2022 08:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz