Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Siyəzəndə ustad dərsləri keçiriləcək

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 2025-ci il 26-27 may tarixlərində Siyəzən şəhərində regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano, violin və tar ixtisasları üzrə ustad dərsləri təşkil edəcək.

Ə.Ağayev adına Uşaq İncəsənət Məktəbində baş tutacaq ustad dərsləri fortepiano 
ixtisası üzrə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “İxtisas fortepiano” kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz
Salmanlı, violin ixtisası üzrə BMA-nın “Simli alətlər” kafedrasının professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva və tar ixtisası üzrə MEMİM-in sektor müdiri, Əməkdar artist Neymət Mürsəlov tərəfindən aparılacaq.

Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş ustad dərsinin əsas məqsədi regionlarda musiqi təhsili səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, yerlərdə lazımi metodiki köməkliyin göstərilməsi həmçinin müəllimlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərin artırılmasıdır.

Oxunub: 58

Əlavə olunub: 22.05.2025 09:44

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz