Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Abbas Muradov

Abbas Həmid oğlu Muradov təhsilini tibb sahəsində davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün Paris Universitetinə göndərilmiş tələbələrdən biri olmuşdur.
 
Abbas bəy Muradov 1929-cu ildə Paris Universitetində "Oynaq revmatizmi hallarında natrium salisilatının terapevtik dəyərinin öyrənilməsinə təcrübi töhfə" adlı dissertasiyanı müdafiə etmiş və sonralar həkim kimi işləmişdir.
 
Qabriel Busenqo (1910–2007) ilə ailə qurmuşdu. Onların Jak və Münir adlı iki oğlu və Lezli adlı qızı var idi. Abbas bəy Muradov 1991-ci ildə 91 yaşında Fransada vəfat etmişdir.

Oxunub: 334

Əlavə olunub: 15.07.2022 20:38

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz