Aşağı Gövhər ağa məscidi Şuşa şəhərinin Qapan meydanında yerləşir. İnşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən həyata keçirilən məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsidir.
Aşağı məscidin dairəvi minarələri kərpicdən inşa edilmiş, minarələrinin üzərində həndəsi formada “Allah” sözü burulan lent şəklində yazılmışdır. Məscidinin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmişdir.
Vətən müharibəsindən sonra işğaldan azad edilən Şuşa şəhərində bərpa-quruculuq işləri aparılır, bütün abidələr kimi Aşağı Gövhər ağa məscidi də əsaslı şəkildə təmir edilir.