Mədəniyyətimizin beşiyi olan Şuşada dünyaya gələn Cəlal Qaryağdı rəssam, heykəltəraş kimi müxtəlif janrlarda monumental heykəl, portret, büst, barelyef və s. əsərlər yaratmışdır.
M.Ə.Sabirin Bakıda ucaldılan abidəsi heykəltəraşın yaradıcılığında xüsusi yer tutur.
Bundan başqa Cəlal Qaryağdı Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin, Nəriman Nərimanovun tunc abidəsinin, Bülbül, Rəşid Behbudov, Fikrət Əmirov, Niyazi kimi bir çox görkəmli şəxslərin portretlərinin və digər əsərlərin müəllifidir.