Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Həsən Quliyev

Həsən Quliyev 20 may 1904-cü ildə Qarabağın dilbər güşəsi Şuşa şəhərində anadan olmuşdur.
O, Şuşa müəllimlər seminariyasını bitirib, 1922-1926–cı illərdə Ağstafada məktəb direktoru vəzifəsində çalışmış, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fəlsəfə və hüquq fakültəsini də bitirmişdir.
1940-1941-ci illərdə Həsən Quliyev Azərbaycan SSR-nin ibtidai və orta məktəblərin mədəniyyət şöbəsinin rəhbəri olmuş, 1941-ci ildən İkinci Dünya Müharibəsində iştirak etmişdir.
 
233-cü atıcı diviziyanın “Sovet Vətəni üçün” diviziya qəzetinin redaktoru, Sevastopolda batalyon komissarı vəzifəsində xidmət edib. Müharibədə yaralandığı zaman ürək və ağ ciyərləri xəsarət aldığına baxmayaraq, sağalandan sonra yenidən döyüşlərə qatılmışdır.
 
1943-cü ildə 3-cü Ukrayna cəhbəsində Azərbaycan dilində “Sovet döyüşçüsü” qəzetinin redaktoru təyin edilmişdir.
 
Fəaliyyəti dövründə kapitandan hərbi mayor, sonra isə podpolkovnik rütbəsinə qədər yüksəlmişdir. Həsən Quliyev 24 may 1947-ci ildə Sovet Ordusundan təxlis edilmiş və Bakiya köçmüşdür. Uzun müddət müxtəlif sahələrdə məsul vəzifələrdə çalışmışdır. Müharibə dövründə bir sıra mükafatlara layiq görülmüş, 1943-cü ilin iyun ayında "Qırmızı Ulduz" ordeni, 1946-cı ildə isə SSRİ Müdafiə Nazirliyi tərəfindən I dərəcəli "Vətən Müharibəsi” ordeni ilə təltif olunmuşdur.
 
27 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən, 1940-1945 - ci illərdə Böyük Vətən Müharibəsi Qələbəsinin 60-cı ildönümü ilə bağlı Quliyev Həsən İsa oğlu ölümündən sonra İldönümü medalı ilə təltif edilmişdir.

Oxunub: 354

Əlavə olunub: 23.04.2022 20:18

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz