Məhəmməd Əmin Rəsulzadənin silahdaşı mövqeyinə yüksələn Hilal Münşizadə Almaniyada oxuyan tələbələr arasındadır. O, dövlət hesabına Berlində yol mühəndisliyi ixtisası üzrə ali təhsil almışdır.
1930-cu ildə Münşi Berlində “Azərbaycan Cümhuriyyəti” adlı kitab çap etdirmiş, Azərbaycan İstiqlal Komitəsinin Berlin nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
Həmin il Rəsulzadənin himayəsi ilə Berlində çap edilən “Qurtuluş” jurnalının redaktoru olmuşdur.