Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa - 270: Qayıb Musa oğlu Qayıbov

Qayıb Musa oğlu Qayıbov 1915-ci ildə Şuşa şəhərində anadan olmuş və orta təhsilini də burada almışdır. O, 1934-1939-cu illərdə Azərbaycan Tibb İnstitutunda təhsil almış, ali təhsilini başa vurduqdan sonra V.P.Çkalov adına Hərbi Aviasiya Məktəbinə həkim göndərilmişdir.
 
O, İkinci Dünya Müharibəsində iştirak etmiş, hərbi həkim vəzifəsində Hərbi Aviasiya Ordusunda xidmət etmiş, müharibə dövründə təyyarəçinin həyatını xilas etdiyi üçün “Qırmızı Ulduz” ordeninə layiq görülmüşdür.
 
Bundan başqa Qayıb Qayıbov 3 medala, “Səhiyyə əlaçısı” döş nişanına, müxtəlif illərdə 3 dəfə “Sosializm yarışının qalibi” vahid ümumittifaq döş nişanına layiq görülmüşdür. O, istefada olan mayor idi. Qayıb Qayıbov 9 fevral 2000-ci ildə Bakıda vəfat etmişdir.

Oxunub: 413

Əlavə olunub: 10.04.2022 11:36

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz