Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa gəhrəmanları: Rizvan Teymurov

Rizvan Teymurov 1967-ci ilin aprelində Şuşanın Quşçular kəndində anadan olmuşdur. Qarabağ münaqişəsi başlanan gündən silaha sarılmış, 1990-cı ildə Şuşa rayon Daxili İşlər şöbəsində yaradılan Xüsusi Təyinatlı Polis Dəstəsinə daxil olmuşdu.
Ermənilərə qarşı qətiyyətlə mübarizə aparan Rizvan Teymurov Xankəndidə keçirilən əməliyyatlarda və ən qatı daşnak-terrorçu dəstələrinin zərərsizləşdirilməsində fəallıq göstərmişdir.
Rizvan Teymurov Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli, Kərkicahan kəndlərinin müdafiəsində və ermənilər yaşayan Çanaqçı, Domu, Qazançı yaşayış məntəqələrinin quldurlardan təmizlənməsində fəal iştirak etmişdir.
Kərkicahan uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına həlak olan Rizvan Teymurovun 24 yaşı var idi. Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

 

Oxunub: 396

Əlavə olunub: 08.08.2022 10:40

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz