Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Şuşa, sən azadsan!” adlı konsert proqramı

Azərbaycan Respublikasında 2022-ci ilin Şuşa ili elan edilməsi ilə əlaqədar olaraq Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən il ərzində müxtəlif istiqamətli silsilə tədbirlər və konsert proqramları təşkil edilmişdir.
Cari ilin 21 dekabr tarixlərində Xaçmaz şəhərində Xaçmaz Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri üçün Mərkəz tərəfindən Şuşa ili çərçivəsində “Şuşa, sən azadsan!” adlı konsert proqramı təşkil edilmişdir.
Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə məktəbin xalq çalğı alətləri orkestrinin ifasında “Şuşa, sən azadsan!” adlı maraqlı və rəngarəng konsert Xaçmaz şəhər Heydər Əliyev adına Mədəniyyət Sarayında baş tutmuşdur. Konsert öncəsi çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, Qarabağın baş tacı Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazılmasından,ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada aparılan bərpa-quruculuq işlərindən danışaraq, 2022-ci ilin “Şuşa İli” elan olunmasının hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığını bildiriblər. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konsert proqramında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış kompozisiya səsləndirilmişdir.
Proqram regionda çalışan mədəniyyət işçiləri tərəfindən böyük rəğbətlə və maraqla qarşılanmışdır.

Oxunub: 408

Əlavə olunub: 24.12.2022 17:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz