Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa ziyalıları: Əhməd Ağdamski

XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri idi olan Əhməd Ağdamski 1884-cü ildə Şuşada anadan olub.
Yaşayıb yaratdığı illərdə Əhməd bəy inqilabdan əvvəlki Azərbaycan opera və musiqili komediya teatrı səhnəsində ilk dəfə qadın rollarının ifaçısı kimi tanınmışdır. O, Şərq aləminin ilk operası olan "Leyli və Məcnun" səhnəyə qoyulanda ilk dəfə olaraq operada Leylini oynamağa başlayır.
Tanınmasın deyə, adını "Miri" yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski soyadını götürür. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi. O, düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxmışdı.
1934-cü ildən başlayaraq ömrünün sonunadək Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul olur. O, Ağdaş rayonunda fəaliyyət göstərən musiqi məktəbində tardan dərs verirdi.
Əhməd Ağdamskinin fədakar əməyinin bəhrəsi olaraq 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.

Oxunub: 520

Əlavə olunub: 26.07.2022 11:24

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz