Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tağıyevin Qız Məktəbi

“Anası savadsız olan xalq kordur” deyən H.Z.Tağıyev çox çətinliklə də olsa, Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi - “Tağıyevin Qız Məktəbi”nin tikintisinə nail olmuşdur.
Tarixə nəzər salsaq görərik ki, məktəb binasının tikintisi 1898-1901-ci illərdə həyata keçirilmişdir. Rəsmi adı “Bakı Aleksandrinskaya Rus-Müsəlman Qadın Məktəbi” olan, lakin xalqın yaddaşında “Tağıyevin Qız Məktəbi” kimi əbədiləşən təhsil müəssisəsi 1901-ci il oktyabrın 7-də keçmiş Nikolayevski (hazırkı İstiqlaliyyət küçəsi, AMEA Əlyazmalar İnstitutunun binası) küçəsində istifadəyə verilmişdir.
Azərbaycan qadınının savadlı olmasında böyük rol oynamış məktəb müsəlman ənənələrini Avropa modernizmi ilə birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoymuşdur.

Oxunub: 370

Əlavə olunub: 18.07.2022 11:03

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz