Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tədris proqramlarının müzakirələri davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 2025-ci ilin 10 yanvar və 3 fevral  tarixlərində Uşaq musiqi və incəsənət məktəblərinin kamança, qanun və qarmon ixtisasları üzrə tərtib edilmiş yeni tədris proqramlarının müzakirələri keçirilib.

MEMİM-in rəhbərlik və əməkdaşları ilə yanaşı müzakirələrdə ekspert qismində Bakı şəhər musiqi və incəsənət məktəblərinin aparıcı müəllimləri iştirak edib.

Proqramların yenilənməsinin məqsədi Mədəniyyət Nazirliyinin tapşırıqlarını əsas tutaraq Uşaq musiqi və incəsənət məktəblərində təhsil sisteminin müasir tələblərə cavab verməsi, proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqlarını daha geniş və əhatəli tədrisində dünya təcrübəsindən istifadə edilməsidir.

Sözügedən müzakirələr musiqi və incəsənət məktəblərində tədris sisteminin təkmilləşdirilməsinə xidmət edən MEMİM-in əhəmiyyətli layihələri sırasındadır.

Xatırladaq ki, 21-23 oktyabr 2024-cü il tarixlərində MEMİM tərəfindən Uşaq musiqi və incəsənət məktəblərinin tar, fortepiano və violin ixtisasları üzrə tərtib edilən yeni tədris proqramlarının da müzakirələri təşkil olunmuşdur.

Oxunub: 619

Əlavə olunub: 06.02.2025 11:12

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz