Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Tədris proqramlarının müzakirəsi davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində 2025-ci ilin 3 dekabr, cari ilin 16 və 23 yanvar tarixlərində yenilənən tədris proqramlarının müzakirəsinə həsr olunmuş növbəti görüşlər təşkil edilib.

Nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəblərinin xor, vokal və balaban sinifləri üçün proqramların müzakirəsində sahə üzrə mütəxəssislər, təcrübəli müəllimlər və Mərkəzin müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Görüşlərin məqsədi yeni tədris proqramlarının təhlili, onların müasir tələblərə uyğunluğu, tədris metodları, təhsilalanlarda bilik və bacarıqların formalaşdırılması və qiymətləndirmə mexanizmləri ilə bağlı fikir mübadiləsinin aparılması olub.

İştirakçılar tərəfindən səsləndirilən təklif və rəylərin gələcəkdə digər tədris proqramlarının da yenilənməsi prosesində nəzərə alınacağı bildirilib. Qeyd olunub ki, bu cür müzakirələr təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin daha effektiv təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşlərin sonunda müzakirələrin nəticələrinə əsasən növbəti mərhələlər üzrə müvafiq tapşırıqlar müəyyən edilib.

Oxunub: 230

Əlavə olunub: 03.02.2026 03:32

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz