Tədbirdə Azərbaycan Milli Konservatoriyasının “Etnomusiqişünaslıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, Sumqayıt Dövlət Universitetinin dosenti Əmirxan İsayev, Bakı Xoreoqrafiya Akademiyasının doktorantı Sevinc Əliyeva, AMEA-Naxçıvan bölməsinin Etnoqrafiya şöbəsinin müdiri Asəf Orucov, Sultan Qaboos Universitetinin Musiqi və Musiqi elmləri Departamentinin Fortepiano şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova (Oman Sultanlığı, Maskat), MD in Educational Sciences,
www.tum-haberler.com saytının baş redaktoru Ali Rıza Özkan (Türkiyə, İstanbul), Pakistan Beynəlxalq İslam Universitetinin köməkçi professoru Dr.Fareed Brohi (Pakistan, İslamabad), Necmettin Erbakan Universitetinin Ahmet Keleşoğlu Təhsil fakultəsinin İncəsənət təhsili şöbəsinin Musiqi bölməsinin müəllimi Yunus Çağlak (Türkiyə, Konya), Qırğızıstan İslam Universiteti, Sosial elmlər fakultəsi, dekan vəkili, fəlsəfə və Din Bilimleri eğitimi doktoru Ermamat Ergeshov (Qırğızıstan, Bişkek), Dicle Universitetinin Ədəbiyyat fakultəsinin Müasir Türk ləhçələri və Ədəbiyyat bölməsinin müəllimi Abdülmukaddes Kutlu (Türkiyə, Diyarbakır), Ulan-Bator Elite beynəlxalq məktəbinin müəllimi Aysel Tilyeukhan (Monqolustan, Ulan-Bator), L.N.Qumilyov adına Eurazya Milli Universiteti, “Otırar kütüphanesi” Elmi-Araşdırma Mərkəzinin baş tədqiqatçısı Erkegül Aryakkarkızı (Qazaxıstan, Nur-Sultan), Gürcüstan Azərbaycan Qadınlar Birliyinin mədəniyyət şöbəsinin rəhbəri, Mirzə Fətəli Axundov adına ev və mədəniyyət muzeyi və Tiflis Yunus Əmrə Mədəniyyət Mərkəzində saz ixtisası üzrə müəllim Nargilə Mehdiyeva (Gürcüstan,Tiflis) çıxış ediblər.
Alimlər öz çıxışlarında qədim zamanlardan başlayaraq Azərbaycanda, Türkiyədə, İranda, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Krım tararlarında və bir çox Şərq ölkələrində baharın, yəni yeni ilin gəlişini müxtəlif mərasimlərlə qarşıladığından bəhs ediblər. Xüsusən vurğulandı ki, Novruz bayramı 2009-cu il tarixində YUNESKO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.