Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

"Ustad dərsləri" layihəsi Qubada

Cari ilin 11-13 may tarixlərində Quba şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəblğrinin müəllim və şagird heyəti üçün “Ustad dərsləri” təşkil edib.
 
“Uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi” üzrə Fəaliyyət Planına və Mərkəzin 2022-ci ilin I yarımili üçün İş Planına əsasən təşkil edilən ustad dərslər təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaq və gənclərin dəstəklənməsi, məktəb və mərkəzlərə tədris-metodiki dəstəyin göstərilməsi, məktəb və mərkəzlərin müəllim və şagirdləri üçün ustad dərslərinin təşkil edilməsi məqsədilə reallaşıb.
 
Ustad dərslər musiqi nəzəriyyəsi ixtisası üzrə Azərbaycan Milli Konservatoriyasının Dirijorluq və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti kafedralarının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Təranə Yusifova tərəfindən aparılmışdır.
 
UMİM-nin nəzəriyyə müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində musiqi nəzəriyyəsi ixtisasına aid elementar nəzəriyyə, ladlar, Azərbaycan xalq musiqisinin əsasları, harmoniyanın musiqi məktəblərində tədrisi ilə bağlı müəyyən tövsiyələr müəllimlərin diqqətinə çatdırılmışdır.

Oxunub: 393

Əlavə olunub: 16.05.2022 16:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz