Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Virtual Panel müzakirəsi baş tutdu

21 aprel Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dünya Yaradıcılıq və İnnovasiya Günü kimi elan olunmuşdur.
Bununla da BMT yaradıcılığın və innovasiyanın 21-ci əsrdə insanların bir daha əsl sərvəti olduğunu göstərmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təsis olunmuş "Kreativ Azərbaycan" Virtual Platformasının ikinci Panel Müzakirəsi məhz bu mövzuya həsr olunmuşdur.
Panel müzakirəsinin məqsədi COVİD-19 pandemiyası dövründə yaradıcı sənayelərin vəziyyətinin, ölkəmizdə kreativlik və innovasiya sahələrinin inkişaf tendensiyalarının, imkanlarının və problemlərinin müzakirəsi, dövlət və özəl sahələr arasında fikir bölgüsünün təşkili, yeni əməkdaşlıq imkanlarının üzə çıxarılmasıdır.
Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə baş tutan panel müzakirəsində AR Prezidentinin Administrasiyasının, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, BMT-nin İnkişaf Proqramının, eləcə də bir sıra özəl şirkətlərin nümayəndələri iştirak etdi:
- Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini
- Nazim Ziyadov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin baş məsləhətçisi
- Urxan Seyidov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin böyük məsləhətçisi
- Elçin İbrahimov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri
- Rəşad Əzizov, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri
- Əsmər Abdullayeva, “Asmart Creative Hub” yaradıcılıq mərkəzinin təsisçisi və rəhbəri, yaradıcı sənayelər sahəsində beynəlxlaq ekspert
- Leyla Seyidzadə, BMT-nin İnkişaf Proqramının İnnovasiyalar tədqiqi rəhbəri
- Orxan Kərimov, “Endorphin” Agentliyinin təsisçisi və rəhbəri
- Tamerlan İsmayılov, “BrandUp” Agentliyinin təsisçisi, “Majlis Business Network” təşkilatının həmtəsisçisi və rəhbəri
- Çingiz Səfərov, “Safaroff” Agentliyinin təsisçisi və rəhbəri
- Cəfər Axundzadə, “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinin İdarə Heyətinin üzvü, “Cinema Distribution” yayım şirkətinin direktoru, “Cinemazadeh” film istehsalı şirkətinin baş prodüseri
- Elnur Allahverdiyev, “Park Cinema” Kinoteatrlar Şəbəkəsinin İcraçı Direktoru
Panel müzakirəsinin moderatoru Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə idi.

Mövzu ətrafında səsləndirilən bir sıra önəmli fikirləri diqqətinizə çatdırırıq:

- Yaradıcılıq bir yaşayış normasına çevrilib və bu normalar da artıq biznes fəaliyyəti ilə sıx əlaqəlidir.
- Beyin məhsulları, xüsusilə təhsil və mədəniyyət xidmətləri rəqəmsal platformalar vasitəsilə qloballaşıb.
- İnnovasiya və yaradıcı fəaliyyətin inkişaf sürəti digər sahələrdən daha sürətli gedir.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı təmsilçiləri ölkənin innovativ inkişafına dəstək olmaq üçün dövlət qurumları ilə bir sıra layihələr həyata keçirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılan "evdəqal.az" portalı Covid-19 pandemiyası dövründə çağırışlara cavab vermək üçün yaxşı nümunədir.
- Yaradıcılığı və bu sanayeni dəstəkləmək üçün Mədəniyyət Nazirliyi tərəfindən 20-dən çox aksiya keçirilir və "creative.az" portalı yaradıcı sənayeləri dəstəkləmək üçün uğurlu bir layihədir.
- AR Prezidentinin müvafiq tapşırığına uyğun olaraq İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları vasitəsilə həyata keçirilən dəstək layihələri təqdirəlayiqdir.
- Kinoindustriya Covid-19 pandemiyasından ən çox ziyan görən sahələrdəndir və bu sahəyə dövlət dəstəyinin artırılmasına böyük ehtiyac var. Eyni zamanda post-pandemiya dövründə insanları kinoteatrlara və bu kimi məkanlara cəlb etmək üçün ciddi psixoloji dəstək və marketinqə ehtiyac yaranacaqdır.
- Yeni beyin peşələrinin, xüsusi ilə dizayn sahəsində regionlarda da tədris və təlim layihələrinin həyata keçirilməsi vacibdir. Bununla regionlarla paytaxt arasında yeni yaradıcı industriya peşə bacarıqlarının daşıyıcıları arasında fərqi azalda bilərik.
- İnnovasiyların komersiyalaşdırılması sahəsində mövcud olan problemləri həll etmək üçün dövlət qurumlarının öz aralarında və dövlət qurumları ilə özəl biznes təşkilatları arasında ünsiyyət və müzakirələrin daha çox keçirilməsi zəruridir.
- Hazırkı innovasiya və rəqəmsal yaradıcılıq dövründə cəmiyyətin təfəkürünün bu prosesə hazır olması üçün ciddi işlər görülməlidir.
- Rəqəmsal vasitələrin təqdim etdiyi imkanlar nəticəsində yaradıcı və təhsil xidmətləri sahəsində qlobal rəqabət yaranıb. Ölkəni tərk etmədən xarici mütəxəsislərdən bu cür xidmətləri əldə etmək üçün məsafə və məkan məhdudiyyəti aradan qalxıb.
- Ölkədə yaradıcı sənayelərin inkişafı məqsədilə yol xəritəsi və bu sənayenin müxtəlif sahələrinin biznes fəaliyyətini əlaqələndirəcək şuraların yaradılması planlaşdırılır

Panel Müzakirəsinin video yazısı qısa zamanda “Kreativ Azərbaycan” portalının YouTube kanalı (youtube.com/channel/UCII97qTJr7vnHGqrT16LdvA) və Facebook səhifəsi vasitəsilə təqdim olunacaqdır.

Kreativ Azərbaycan" Virtual Platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kreativ Azərbaycan” portalı (www.creative.az) tərəfindən təsis olunmuşdur. Platformanın əsas məqsədi dövlət və özəl sahələrdə çalışan istedadlı və yüksək bacarıqlı şəxslərin bir araya gəlməsi və aktual məsələlərin onlayn formada müzakirəsini təşkil etməkdir.

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook: facebook.com/creative.az

Instagram: instagram.com/kreativaze/

Oxunub: 641

Əlavə olunub: 22.04.2020 07:20

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz