Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
31 may 1922-ci il tarixində Görkəmli Azərbaycan xanəndəsi, Xalq Artisti Sara Qədimovanın doğum günü (1922-2005). Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları bu gün də sevilə-sevilə dinlənilir.
Oxunub: 865
Əlavə olunub: 31.05.2020 06:43