Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq oyunları: Yumurta döyüşdürmə

Yumurta döyüşdürmə uşaqlar tərəfindən oynanılan oyunlar arasında ən geniş yayılmış oyunlardan biridir. Yumurta döyüşdürmə oyunu Novruz çərşənbələri zamanı, bəzi bölgələrdə hətta Böyük Çillənin gəlişi ilə oynanılmağa başlanmışdır.
 
Oyunun qaydalarına görə yumurtalar bir-birinə vurulur, qalib gələn tərəf digər yumurtaya sahib olurdu. Yumurta döyüşdürmə oyununda həm çiy-bişməmiş, həm də bişmiş, rənglərlə ala-bəzək boyanmış yumurtalardan istifadə olunur.
 
Döyüşmədən əvvəl tərəflərin razılığı ilə yumurtalar dəyişdirilərək dişə vurulub bərk-boşluğu yoxlanılırdı. Bu, "yumurtanı dadma" adlanır. Döyüşdürülən yumurtalardan biri digərindən bərkdirsə, boş olan yumurtanın sahibi, ona:
— Əy, vurum, — deyir. "Əy, vurum" yumurtanın sivri tərəfindən azca aşağı nişan qoymaq deməkdir. Uşaqların daha çox sevdiyi, müasir dövrdə də yaşayan həmin adət əyləncəli bir səhnəyə çevrilir.

Oxunub: 501

Əlavə olunub: 14.08.2022 11:09

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz