Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq Teatrlarının I Zona Müşavirəsi

Xalq teatrlarının postpandemiya dövründə fəaliyyətinin təşkili prosesi ilə tanışlıq və ehtiyaclarının öyrənilməsi məqsədilə cari ilin 28-30 iyun tarixlərində İsmayıllı rayonunda “Xalq Teatrlarının I Zona Müşavirəsi” keçirilmişdir.
 
Müşavirədə İsmayıllı və Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin nəzdində yaradılan xalq teatrları - İsmayıllı Xalq Teatrı, İsmayıllı Kukla Teatrı, Şamaxı A.M. Şərifzadə adına Xalq Teatrı, Qəbələ İ.B.Qutqaşınlı adına Xalq Teatrı, Şəki Xalq Teatrı, Qax İ.Dağıstanlı adına Xalq Teatrı, Zaqatala rayon Xalq Teatrının nümayəndələri iştirak etmişdir. Sözügedən tədbirdə əsas müzakirə mövzularından biri də xalq teatrlarının işini tənzimləyən mövcud normativ sənədlərin müasir dövrə uyğunlaşdırılması üçün təkliflərin dinlənilməsi və bir sıra həllini gözləyən məsələlər də müzakirə olunmuşdur.
 
Tədbirin bədii hissəsində İsmayıllı Mədəniyyət Mərkəzinin akt zalında Zaqatala Xalq Teatrlarının aktyorlarının iştirakı ilə “26 iyun Silahlı Qüvvələr Günü”nə həsr olunmuş “Məzuniyyət” adlı tamaşa səhnəyə qoyulmuşdur. Vətənpərvərlik ruhunda nümayiş olunan tamaşada mədəniyyət iştirakçıları ilə yanaşı ictimaiyyət nümayəndələri də tamaşaçı qismində iştirak etmişdir.

Oxunub: 350

Əlavə olunub: 04.07.2022 20:53

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz