Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq Teatrlarının II Zona Müşavirəsi

Şabranda Xalq Teatrlarının İkinci Zona Müşavirəsi təşkil olunub.
Xalq teatrarının postpandemiya dövründə fəaliyyətinin təşkili prosesi ilə tanışlıq və ehtiyaclarının öyrənilməsi məqsədilə cari ilin 20-22 iyul tarixlərində Şabran rayonunda “Xalq Teatrlarının II Zona Müşavirəsi” keçirilmişdir. Müşavirədə Xaçmaz və Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin nəzdində yaradılan xalq teatrları - Xaçmaz Xalq Teatrı, Şabran Xalq Teatrı, “Məngülüm “Xalq Kukla Teatrı, Sumqayıt Xalq Teatrı, Abşeron Musiqili Komediya Teatrının nümayəndələri iştirak etmişdir. Sözügedən tədbirdə əsas müzakirə mövzularından biri də xalq tetarlarının işini tənzimləyən mövcud normativ sənədlərin müasir dövrə uyğunlaşdırılması üçün təkliflərin dinlənilməsi və bir sıra həllini gözləyən məsələlər də müzakirə olunmuşdur.
Xalq Teatrlarının sosial imicinin bərpası və regionlarda mədəni həyatın zənginləşdirilməsi istiqamətində təkliflər dinlənilmiş və onların icrası mexanizmləri barədə istiqamətlər müəyyənləşdirilmişdir.
Yekunda xalq teatrları arasında çevik koordinasiyanın yaradılması və regionlararası təcrübə mübadiləsinn reallaşdırılması məqsədilə mütəmadi görüşlərin və qarşılılı səfərlərin təşkilinə dair fikirlər səsləndirilmişdir.

Oxunub: 343

Əlavə olunub: 25.07.2022 13:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz