Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xızıda iməcilik və ağacəkmə aksiyası keçirilib

16-18 noyabr 2022-ci il tarixlərində Xızı rayonuna baş tutan səfər çərçivəsində maddi mədəni irs nümunələrimizə marağın və diqqətin artırılmasının önəmini nəzərə alaraq, Xızı rayonunda yerləşən, XIX əsr memarlıq abidəsi sayılan Köhnə hamam ərazisində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəz və Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşlarının və mədəniyyət könüllülərinin iştirakı ilə iməcilik işləri və Mikayıl Müşfiqin Xatirə Müzeyi ətrafında “Sən də gələcəyin üçün bir ağac ək” adlı ağacəkmə aksiyası keçirilmişdir. Sözügedən aksiyalar abidə ərazisində ətraf mühitin mühafizəsi və bərpasına töhfə vermək, yaşıllıq zonalarını genişləndirmək, ekoloji tarazlığı təmin etmək, insanlar arasında ekoloji mədəniyyətə, təbiətə diqqət və qayğı hissini təbliğ etmək məqsədilə keçirilib.

Oxunub: 260

Əlavə olunub: 19.11.2022 13:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz