Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xoreoqrafiya Akademiyasında müzakirə keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə Bakı və Abşeron-Xızı regionları üzrə iki ixtisas olmaqla keçirilmiş attestasiyanın yekun nəticəsinə uyğun olaraq təlimə cəlb olunması tövsiyyə olunmuş təhsilverənlər üçün təlimin keçirilməsi qaydaları ilə bağlı ekspertlərin iştirakı ilə 2025-ci il 4 aprel tarixində Bakı Xoreoqrafiya Akademiyasında müzakirə keçirilmişdir.
Müzakirədə 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin cəlb edilməsi nəzərdə tutulan təlimlərinin məzmunu, müddəti, istiqamətləri və təşkilati məsələlər barədə fikir mübadiləsi aparılmış, gələcək addımlar üçün müvafiq meyarlar müəyyənləşdirilmişdir. Bu prosesdə peşəkar yanaşmanın təmin olunması üçün müstəqil ekspertlərin və aparıcı sahə mütəxəssislərinin iştirakı da nəzərdə tutulmuşdur.
Qeyd edək ki, tədris prosesində aparıcı musiqi məktəblərinin müəllimləri həmçinin musiqi təmayüllü ali və orta ixtisas məktəblərinin mütəxəssislərinin təlimlərə cəlb olunması məqsədəuyğun hesab edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bu təşəbbüsü mədəniyyət təhsili sahəsində keyfiyyətin artırılması və təhsil sistemində şəffaflığın təmin edilməsi məqsədilə həyata keçirilir.
Təlimlərin təşkili ilə bağlı daha ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaqdır.

Oxunub: 372

Əlavə olunub: 07.04.2025 17:40

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz