Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Yaşıl mədəniyyət” şüarı altında ağacəkmə (video)

Ətraf mühitin müdafiəsi, flora biomüxtəlifliyi, yaşıllıq zonalarının genişləndirilməsi və ekoloji tarazlığın bərpası dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Bu məqsədlə 23 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Yasamal Bələdiyyəsi tərəfindən “Yaşıl mədəniyyət” şüarı ilə ağacəkmə aksiyası keçirilmişdir.
Ekologiya və təbiətlə davranış mədəniyyətinin təbliği istiqamətində maarifləndirmə işlərinin aparılması, gəncləri qeyd edilən fəaliyyətə cəlb etməklə onlarda ağacəkmə vərdişinin inkişaf etdirilməsi məqsədilə keçirilən aksiyada Mərkəzin direktoru Səadət Xələfbəyli, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, sözügedən qurumların əməkdaşları, Yasamal rayon Icra Hakimiyyətinin nümayəndələri, gənc könüllülər və rayon sakinləri iştirak ediblər.
Tədbirdə vurğulandı ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılmasının təmin olunması ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olmuşdur. Bu fəaliyyəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunmuş, ekoloji cəhətdən sosial inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair mühüm layihələr həyata keçirilmişdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş istiqamət nəzərdə tutulmuşdur ki, onlardan “Təmiz ətraf mühit” və “Yaşıl artım” ölkəmiz üçün prioritet istiqamətlərdir.
Qeyd edək ki, sözügedən ağacəkmə aksiya zamanı 44 ağac əkilib.
 

Oxunub: 51

Əlavə olunub: 23.11.2022 20:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz