Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Yevlaxda Xalq Teatrlarının III Zona Müşavirəsi

Cari ilin 2-6 avqust tarixlərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartıma Mərkəzi tərəfindən Yevlax şəhərində “Xalq Teatrlarının Üçüncü Zona Müşavirəsi” təşkil edilmişdir. Müşavirədə Bərdə, Ağdaş və Kürdəmir regional idarələrinin sistemində fəaliyyət göstərən Bəşir Səfəroğlu adına Xalq Teatrı, Kukla Xalq Teatrı (Yevlax), Ağdaş Xalq Teatrı, Göyçay Xalq Teatrı, Beyləqan “Gənclik” Xalq Teatrı, Füzuli Xalq Teatrı, Bərdə Xalq Teatrının nümayəndələri iştirak etmişdirlər. Görüşdə əsasən məqsəd Xalq teatrarının postpandemiya dövründə fəaliyyətinin təşkili prosesi ilə tanışlıq və ehtiyaclarının öyrənilməsi idi. Tədbir zamanı bir sıra aktual məsələlər müzakirə olunmuş, eyni zamanda bölgələrdə xalq teatrlarının rolu və onların mədəni həyata bəxş etdikləri töhfə, habelə məktəblilərin yay tətillərinin səmərəli təşkili ilə bağlı adıçəkilən ətsisatlar tərəfindən görülməli olan işlər müzakirə olundu.
 
​Müşavirədən sonra müxtəlif regionları təmsil edən iştirakçı xalq teatrlarının Yevlax şəhər Yaradıcılıq evində fərqli repertuarı – “Gizli talant”, “Gəl qohum olaq”, “Nağıllar aləmi”, “Toy kimindir?”, “Söz-söhbət” adlı tamaşaları təqdim olundu. Keçirilən zona müşavirələri üçün həm də praktiki əhəmiyyət daşıyan səhnəciklər region ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır.
 
​İnteraktiv təqdimatı ilə seçilən Bölgə Eksperimental Teatrının “Söz-söhbət” adlı pantomima kompazisiyası böyük maraqla qarşılanmış və tamaşanın digər regionlarda da səhnələşdirilməsi üçün yaradıcı heyətə müxtəlif müraciətlər ünvanlanmışdır.
 
​Mədəniyyət, habelə ictimaiyyət nümayəndələrinin marağına səbəbə olan tədbirin yekununda iştirakçı xalq teatrlarına Müşavirə çərçivəsində göstərdiyi fəallığa görə Mərkəzin Təşəkkürnamələri ilə təltif olunmuşlar.
​Xatırladaq ki, bugünə kimi yeddi regional idarəni əhatə etməklə ümumilikdə 20-dən çox xalq teatrının iştirakı ilə 3 müşavirə keçirilmiş və 6 tamaşa səhnəyə qoyulmuşdur.

Oxunub: 464

Əlavə olunub: 08.08.2022 15:38

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz