Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

YUNESKO-nun Reprezentativ Siyahısı: Dədə Qorqud

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanı XI-XII əsrlərə aid edilir.
"Kitabi-Dədə Qorqud" abidəsi oğuz tayfalarının keşməkeşli həyatı, şərəfli mübarizəsi, dövlətçilik qabiliyyəti, qəhrəmanlıq ruhu və şücaəti haqqında yaradılmış möhtəşəm bir dastan-epopeyadır. Bir müqəddimə və 12 boydan ibarət olan dastanın iki əlyazma nüsxəsi (Drezden və Vatikan) məlumdur.
“Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” 2018-ci ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə çoxmillətli nominasiya kimi Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Oxunub: 413

Əlavə olunub: 21.07.2022 09:10

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz