Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

YUNESKO-nun Reprezentativ Siyahısı: Kəlağayı

Qədim zamanlardan bizə gəlib çatmış ənənəvi qadın baş örtüyü Kəlağayı Azərbaycanda bu gün də aktuallığını qoruyur. Təbii ipəkdən hazırlanmış yaylıq əsrlər boyu Azərbaycan qadınının həyatının ayrılmaz hissəsi olub.
Hələ V-VI əsrlərdə Mingəçevirdə kəlağayının prototipi - qızıl tikmə izləri olan ipək yaylıqları taxırdılar. İtalyan səyyah Marko Polo hətta XIII əsrdə Şamaxı, Bərdə, Şəki, Gəncədə belə ipək yaylıqların gözəlliyini qeyd etmişdir.
Kəlağayının istehsal mərkəzi Şamaxı yaxınlığındakı Basqal kəndidir. Qədim zamanlardan bu sənətlə ancaq kişilər məşğul olurdular. Çünki kəlağayının hazırlaması ağır fiziki işdir. Kəlağayı "batik" üsulu ilə: ipəyin isti boyanması ilə hazırlanır. Naxış xüsusi "möhürlər" – qəliblərin köməyi ilə parçaya tətbiq olunur.
Onun çəkisi cəmi 130 qramdır, üzüyün içindən asanlıqla keçə bilər. 2014-cü ilin noyabr ayında kəlağayı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub.

Oxunub: 396

Əlavə olunub: 21.08.2022 12:04

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz