Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

YUNESKO-nun Reprezentativ Siyahısı: Muğam

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və Böyük İpək Yolu üzərində yerləşən ölkələrdə Musiqi Günü kimi qeyd olunur.
Bütün muğamsevərlərin, xüsusən də bu sənəti yaşayan, onu təbliğ edən, yaradıcılığını və həyatını ona həsr edənlərin bayramıdır.
Muğam Şərq xalqlarına məxsus olan, emosional mənasını daşıyan milli musiqi növüdür. Şifahi ənənəyə malik, Azərbaycan xalq musiqisinin əsasıdır. Muğam XII–XIII əsrlərə - “Müsəlman Renessansı” dövrünə aid qədim janrdır.
Muğamı sazəndələr (ifaçılar) üçlüyü - tarzən, kamançı və xanəndə (solist) zərb aləti dəf (qaf, qaval) ilə ifa edir. Azərbaycan bəstəkarlarının əsərlərinin kökü muğamdandır. Bu, onların milli kimliyini xarakterizə edir.
Azərbaycanda yeddi əsas muğam mövcuddur: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı-Şiraz”, “Humayun”. Onlar bir-birindən ilkin mahiyyəti və musiqi xarakteri ilə fərqlənir. Ü.Hacıbəyov muğamların əhval-ruhiyyələrini belə qiymətləndirir:
“Rast” dinləyicidə gümrahlıq, mərdlik hissi, “Şur” – şən, lirik əhval-ruhiyyə, “Segah” – sevgi hissi, “Şüştər” – dərin hüzn “Çahargah” - həyəcanlı hisslər, "Bayatı-Şiraz" - qəm, "Humayun" - dərin acı, kədər hissləri doğurur.
Azərbaycan Muğamı 2003-cü il tarixində YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur.
2008-ci ildə isə YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Oxunub: 445

Əlavə olunub: 26.08.2022 17:37

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz