Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Zaqatala-Balakən abidələri: Katex kilsəsi

Azərbaycanın şimal-qərb zonasında olan Zaqatala-Balakən bölgəsi tarixən çox zəngin mədəni irsə malikdir. Balakən rayonunun hər tərəfinə səpələnmiş tarixi abidələr arasında hazırda dağılmış vəziyyətdə olan qədim abidələr mövcuddur.
Onlardan biri Balakən rayonunun Katex kəndində, Katexçay şəlaləsindən xeyli yuxarıda yerləşən, IV-XVII əsrlərə aid olan qədim məbəd olması güman edilən alban kilsəsinin qalıqlarıdır.
Dörd sütun üzərində dayanan kilsənin günbəzi qırılaraq onun daxilinə düşüb. Oxşar məbədlər iki məqsədə xidmət edirdi: ya zadəganların saraylarının yaxınlığında ibadət evləri, kilsələr kimi tikilirdi, ya da müdafiə məntəqəsi kimi istifadə olunurdu. Məbəd nisbətən kiçikdir.
Bu tip tikililər XV-XVIII əsrlərə aiddir. O dövrdə müdafiə məntəqələri və ibadət evləri kimi istifadə edilən ümumi qala və qüllə sistemləri tikilirdi. Onlar bir-birindən çox uzaqda ucaldılmışdır. Bu da onların zadəganların müdafiəsi ya ibadətləri üçün nəzərdə tutulduğunu göstərir.

Oxunub: 482

Əlavə olunub: 08.09.2022 10:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz