Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Zərərli vərdişlərdən imtina (video)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi müxtəlif yönümlü maarifləndirici layihələr həyata keçirməyə davam edir.
Beləliklə, cari ilin 4 oktyabr tarixində Masallı rayonunda narkomaniya ilə mübarizənin təşkilindəmədəniyyət müəssisələrinin qabaqcıl rolunu nəzərəalaraq, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərdən imtina” adlı marifləndirici seminar keçirilmişdir. Seminarın keçirilməsində məqsəd sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılmasıdır.
Tədbiri salamlama nitqi ilə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli açmışlar.
Seminarda gənclərin sağlam həyat tərzinə narkotiklərin mənfi təsiri və mənəvi zərbələr mövzusu ətrafında çıxış edən Masallı rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun başinspektoru, polis kapitanı Samid Əliyev, “Masallı GənclərEvi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin layihə və tədbirlər üzrə mütəxəssisi Məlik Nuriyev, Masallı Dövlət Regional kollecinin direktoru Dilarə Mürşüdova ictimaiyyəti narkomaniya ilə birgə mübarizə aparmağa çağırmışlar. Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Mütəxəssislərin çıxışlarında qeyd olundu ki, son vaxtlar gənclərin zərərli vərdişlərə qarşı meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.
Daha sonra Masallı rayon Mədəniyyət Mərkəzində mövzuya dair “Bölgə” eksperimental teatr truppası tərəfindən səhnələşdirilmiş “Həyat tablosu” adlı tamaşa ilk dəfə olaraq səhnəyə qoyulmuşdur. İnteraktiv formatda səhnələşdirilmiş sözügedən pantomim tamaşası olduqca maraqla izlənilmişdir.
Eyni zamanda, gənclər arasında sənətkarlığa marağın təbliğ edilməsi məqsədilə Masallı sənətkarlarının əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi təşkil edilmiş və baxış keçirilmişdir.
 

Oxunub: 328

Əlavə olunub: 10.10.2022 08:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz