Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Zərgərlik sənəti

Azərbaycanda zərgərlik sənəti qədim və zəngin ənənələrə malikdir. Zinət əşyaları geyimi tamamlamaqla yanaşı, milliliyi artıraraq geyimə bədii dolğunluq və estetik gözəllik bəxş edir.
 
Dekorativ-tətbiqi sənətin ən qədim növlərindən biri olan zərgərlik sənətinin Azərbaycanda daha çox qəlibkarlıq (çaxmaqəlib), şəbəkəçilik (torlamaçılıq) və cavahirsazlıq (ləl-cavahirat) sahələri inkişaf etmişdir.
Ölkəmizdə əsas zərgərlik mərkəzləri Bakı, Gəncə, Şamaxı, Şəki və Şuşa olmuşdur.
 
Azərbaycan zərgərləri tərəfindən hazırlanan zərgərlik nümunələri Parisin Luvr, Sankt-Peterburqun Dövlət Ermitaj muzeyində, Moskvanın Silah Palatasında, Türkiyənin Topqapı Saray-muzeyində və s. yerlərdə saxlanılır.

Oxunub: 527

Əlavə olunub: 20.05.2022 09:57

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz